- Qanundan kənarda
- 9 Fevral 2022 12:48
- 8 000
"Tərtər işi"ndə işgəncəyə, fiziki və ya psixi təsirə məruz qalan şəxslərə müraciət edilib
Baş Prokurorluq məlumat yayıb
Baş Prokurorluq "Tərtər işi"ndə işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur", - məlumatda vurğulanıb.