Uşaqların satdığı salfetin içində narkotik var?

“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır"

Bakıda küçələrdə salfet satan uşaqlarla bağlı qəribə iddia yayılıb.

Bəzi vətəndaşlar salfet paketlərinin içərisinə narkotik qoyaraq uşaqlara satdırıldığını deyirlər.

Sosial şəbəkələrdə yayılan iddialara görə, uşaqlardan salfet alan bir şəxsi qısa müddət sonra Çevik Polis Alayının əməkdaşları saxlayıb və paketi açdıqda içərisindən sintetik narkotik çıxıb.

Məlumata görə, Tbilisi prospektində baş verən hadisə zamanı polislər onun narkotik alveri ilə məşğul olduğunu bildiriblər və vətəndaşa 1500 manat cərimə yazılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakupost.az -a bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır:

“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.