İş hakim Bədəl Əliyevin sədrliyi ilə araşdırılacaq İş hakim Bədəl Əliyevin sədrliyi ilə araşdırılacaq

Qızına qarşı dələduzluq edən qadının məhkəməsi başlayır

İş hakim Bədəl Əliyevin sədrliyi ilə araşdırılacaq

Doğma qızının aldatma və etibardan sui-istifadə etmə yolu ilə onun əmlakını ələ keçirməkdə təqsirləndirilən Mehparə Soltanovanın məhkəməsi başlayır.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bədəl Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələ məlum deyil.

Qeyd edək ki, Şirvan şəhər sakini M.Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına guya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ilin noyabr ayında ondan 1 500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirmiş və onu rüşvət verməyə təhrik edib.

Bundan başqa, M.Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə və eyni miqdarda pul vəsaitini alması müəyyən edildiyindən faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.