"Vita Apteklər Şəbəkəsi" MMC cərimələnə bilər

"Vita Apteklər Şəbəkəsi" MMC cərimələnə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə protokol tərtib edilib.

İşə Səbail rayon məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Rəşid