- Qanundan kənarda
- 10 Aprel 2023 12:56
- 9 037
Bu apteklər şəbəkəsi cərimə edilə bilər
“Buta Farm” MMC barədə inzibati protokol tərtib edilib.
Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü(Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid