- Dünyanın halı
- 19:17
- 739
Botir Qudratxocayev Özbəkistanın müdafiə naziri təyin edilib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Botir Qudratxocayevi ölkənin müdafiə naziri təyin edib.
Aznews.az Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadovun sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərman imzalayıb.
Daha əvvəl Qudratxocayevin namizədliyi Ali Məclisin (parlament) Qanunvericilik Palatasının deputatları tərəfindən təsdiqlənib.
Şuxrat Xalmuxamedov başqa vəzifəyə keçməsi ilə əlaqədar müdafiə naziri vəzifəsindən azad edilib.