FETÖ üzvü Mehmet Cintosun saxlanılaraq Türkiyəyə gətirilib

FETÖ-nün hazırkı maliyyə strukturunda olan Mehmet Cintosun xaricdə keçirdiyi əməliyyatla Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən saxlanılaraq Türkiyəyə gətirilib.

Aznews.az xəbər verir ki, bu barədə "Gazetevatan" məlumat yayıb.

Qeyd edək ki, Mehmet Cintosun 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.