- Qanundan kənarda
- 14 Aprel 2023 16:37
- 10 833
Həmkəndlisini öldürməkdə ittiham edilən gənc məhkəməyə çıxarılacaq
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində həmkəndlisi və həmyaşıdı Tuncay Abdullayevi öldürməkdə təqsirləndirilən Rəhman Süleymanovun işi üzrə ibtidai istintaq yekunlaşıb.
Aznews.az xəbər verir ki, Toplanan materiallar baxılması üçün Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Faiq Heydərovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası 26 aprel saat 11:00-a təyin edilib.
Xatırldaq ki, 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsinə səbəb həmkəndlisi və həmyaşıdı Rəhman Süleymanovla aralarındakı söyüş olduğu bildirilir.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.
Rəşid