- Qanundan kənarda
- 2 May 2023 15:23
- 10 623
Bu inşaat şirkəti barədə protokol tərtib edilib
"SS-İnşaat" MMC cərimə edilə bilər.
Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4c-(Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Şirvan şəhər Məhkəməsində hakim Ceyhun Mustafayevin sədrliyi ilə baxılacaq.
Rəşid