- Qanundan kənarda
- 18 İyul 2024 09:13
- 7 678
Beyləqanda səhər güllələnmə xəbəri ilə açıldı

Beyləqan rayonunda silahlı insident olub.
Aznews.az xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.
Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.