- Qanundan kənarda
- 15:15
- 935
Şantajla məşğul olan 17 və 18 yaşlı gənclər tutuldu

Abşeronda vətəndaşa hədə-qorxu gələn şəxslər saxlanılıblar.
Abşeron rayon sakini olan 34 yaşlı kişi polisə müraciət edərək şantajla üzləşdiyini bildirib.
O, iki nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 955 manatını və 4000 manat dəyərində qızıl-zinət əşyasını aldıqlarını qeyd edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 17 və 18 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdilir.
AzNews.az