Bu gün Bakıda ilk dəfə “E-Commerce 1.0” tədbiri keçirilir. Bu gün Bakıda ilk dəfə “E-Commerce 1.0” tədbiri keçirilir.

Bakıda “E-Commerce 1.0" tədbiri keçirilir

Bu gün Bakıda ilk dəfə “E-Commerce 1.0” tədbiri keçirilir.

“Report”un məlumatına görə, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin və Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan Shop.az-ın birgə təşkilatçılığı ilə baş tutub.

“E-Commerce 1.0”da İNNOLAND-ın rəhbəri Məmməd Kərimov çıxış edib. O bildirib ki, tədbirdə Türkiyədən və Rusiyadan nümayəndələr qatılıb: “Azərbaycanda elektron ticarətlə bağlı perspektivləri, bu növ ticarətin ümumi iqtisadiyyata təsirini tədqiq edəcəyik. “E-Commerce 1.0”ın məqsədi ənənəvi ticarətlə məşğul olanları həm də elektron ticarətə cəlb etməkdir. Bu, biznes üçün əlavə gəlirlər və xərclərə qənaət deməkdir”.

Qeyd edək ki, İNNOLAND hər il, təxminən, 10 startap layihəsini dəstəkləyir. Layihələrə dəstək həm texniki, həm hüquqi, həmçinin marketinq xidmətləri formasından verilir.

AzNews.az