Azərbaycan nefti bahalaşdı

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 60,28 dollar/barel təşkil edib.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,5 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 60,28 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,86 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 62,34 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

AzNews.az