Sahibkarlara 2 milyard manatdan artıq güzəştli kredit verilib

Bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Bugünədək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən artıq sahibkarlıq subyektinin layihəsinə 2,3 milyard manat məbləğində dövlətin güzəştli krediti verilib.

Bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, bu kreditlərin əsas hissəsi geri qaytarılan vəsaitlər hesabına təmin olunub: "Bu da onu göstərir ki, real sahəyə qoyulan investisiyalar öz nəticəsini verməkdədir".(report.az)

AzNews.az