Artım fevralın 7-si ilə müqayisədə 18,5% çoxdur Artım fevralın 7-si ilə müqayisədə 18,5% çoxdur

Mərkəzi Bankın dövriyyədə olan notları bir az da artdı

Artım fevralın 7-si ilə müqayisədə 18,5% çoxdur

Bu il fevralın 14-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının dəyəri 320 milyon manat təşkil edib.

AzNews.az AMB-yə istinadən xəbər verir ki, bu, fevralın 7-si ilə müqayisədə 50 milyon manat və yaxud 18,5% çoxdur.

AMB-nin dövriyyədə olan notları bundan əvvəl də 50 milyon manatlıq artım nümayiş etdirmişdi.