- Pullu iş
- 23 May 2020 18:21
- 4 114
Azərbaycanda propilen və etilen istehsalı artıb
Hesabat dövründə ölkədə 31,8 min ton həcmində polietilen istehsal edilib
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 44,8 min ton həcmində propilen istehsal edilib.
AzNews.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 43,7 min tonu əmtəəlik məhsul olub.
İlin dörd ayında ümumilikdə propilen istehsalının həcmi ötən ilin müvafiq dövründən 17,9%, əmtəəlik məhsulun həcmi isə 15,3% çox olub.
Hesabat dövründə ölkədə 31,8 min ton həcmində polietilen istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 24,5% azdır.
Bu ilin dörd ayı ərzində etilen istehsalının həcmi isə 18,2% artaraq 57,7 min ton təşkil edib.