Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alınıb Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alınıb

Bu vilayətlərdən heyvan idxalına qadağa qoyuldu

Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alınıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikanın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına görə, Bolqarıstanın Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyi qeydə alınıb.

Bu rəsmi məlumat nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət olunub.