Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub

Azərbaycanın Türkiyəyə qaz ixracı 34%-dən çox artıb

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub

Bu ilin avqust ayında Türkiyə Azərbaycandan 986 mln kubmetr həcmində təbii qaz idxal edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu göstərici ötən ilin avqust ayından 34,2% çoxdur.

Türkiyənin ümumi qaz idxalında Azərbaycan 2-ci yerdə qərarlaşıb, bazardakı payı isə 29,4% təşkil edib. İlk yerdə 1,37 milyard kubmetrlə Rusiya (illik müqayisədə 5,5% az), 3-cü sırada isə 406 milyon kubmetrlə İran (2,5 dəfə çox) qərarlaşıb.

Avqust ayında Türkiyənin ümumi qaz idxalının həcmi illik müqayisədə 6,4% artaraq 3,35 milyard kubmetrə yüksəlib ki, bununda 2,76 milyard kubmetri və ya 82,4%-i boru kəmərləri ilə idxal olunan qaz, 591 milyon kubmetri və ya 17,6%-ni isə LNG təşkil edib. Hesabat dövründə boru kəmərləri ilə idxal olunan qazın həcmi 17,8%, LNG-nin alışları isə 26,1% azalıb.

Qeyd edək ki, bu ilin avqust ayınadək Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə (iyulda bazarda payı 46,09% təşkil edirdi) qərarlaşmışdı.