Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur

Azərbaycanda günəş enerjisinin istehsalı 8 % artıb

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 761,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

AzNews.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

Son 1 ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların dəyəri 6,9 % azalaraq 291 milyon manat təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycanda 22 978,7 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 4,8 % çoxdur.

Bunun 985,8 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 32,3 % azdır.

Bunun isə 21 119 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin on bir ayının göstəriciləri ilə müqayisədə 8 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 86,8 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin 11 ayının göstəriciləri ilə müqayisədə 13,2 % azdır.

Yanvar-noyabr aylarında ölkədə 44 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 8,1 % çoxdur.