"Bakı Konqres Mərkəzi" mükafata layiq görülüb

Maliyyə Nazirliyi məlumat yayıb

Maliyyə Nazirliyinin tabeliyindəki "Bakı Konqres Mərkəzi" mükafata layiq görülüb.

AzNews.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, şirkət "Görüşlər Ulduzu 2020" ("Meetings Star Award") mükafatının Yeni Avropada Ən Yaxşı Konqres Mərkəzləri nominasiyası üzrə qalibi olub.

Xatırladaq ki, "Bakı Konqres Mərkəzi" 2015-ci ildə istifadəyə verilib, müasir beynəlxalq tədbirlər mərkəzidir. Burada keçirilmiş ilk beynəlxalq tədbir 2-5 may 2015-ci ildə baş tutmuş Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olub.