"Azərsığorta"da fırıldaq - Departament müdiri fotoşopla 22 mini ələ keçirib + FOTOFAKT

Tanışı olan qadının avtomobilinə dəymiş ziyanı fotoşop proqramı ilə dəyişib

Bakıda sığorta şirkətinin departament müdiri maraqlı bir əmələ ət atıb - baş verən qəzada dəymiş zərəri şişirtmək üçün saxtakarlıq edib. Söhbət "Azərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmovun əməllərindən gedir.

Məlumata görə X.Hətəmov xidməti fəaliyyəti ilə əlaqədar yaranan borcu ödəmək üçün bu yola əl atıb. Tanışı olan qadının avtomobilinə dəymiş ziyanı fotoşop proqramı ilə dəyişib.

Belə ki, Xəyyam Hətəmov “Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən tanışı Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 dövlət nömrə nişanlı “Chevrolet Captiva” markalı avtomobil qəza törədib. Həmin ərəfədə X.Hətəmov "Azərsığorta"nın filial müdiri olub. Bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri təyin olunub. (Musavat.com )