Qərarda müvafiq dəyişikliklər edilib Qərarda müvafiq dəyişikliklər edilib

Buğda təchizatçılarına subsidiya veriləcək

Qərarda müvafiq dəyişikliklər edilib

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarda müvafiq dəyişikliklər edib.

Aznews.az xəbər verir ki, dəyişikliyə əsasən, ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay üçün hesablanan faizlərə subsidiya veriləcək.

Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq (ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə veriləcək.

Faiz subsidiyası dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, bu Qaydada nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil olunur. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 50 faizi həddində verilir. Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitlərindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.

Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

- hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalı;

- kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;

- kreditin müddəti 3 ildən çox olmamalı;

- kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalı;

- bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı.