Bakı-Supsa kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

2021-ci ilin yanvar-avqust aylarında Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin həcmi...

2021-ci ilin yanvar-avqust aylarında Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin həcmi 2,87 milyon tondan çox olub.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, nəql olunan bütün neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşüb.

İ.Əhmədov əlavə edib ki, Bakı-Supsa boru kəmərinin istismarı müddətində 97 milyon ton Azərbaycan nefti nəql olunub.

Qeyd edək ki, Bakı-Supsa neft kəməri 1999-ci il aprelin 17-də istismara verilib.