Bu il Azərbaycana Yaponiyadan 40-a yaxın investor və şirkət gəlib Bu il Azərbaycana Yaponiyadan 40-a yaxın investor və şirkət gəlib

Yaponiya azad edilmiş ərazilərdə investisiyalarda maraqlıdır

Bu il Azərbaycana Yaponiyadan 40-a yaxın investor və şirkət gəlib

Yaponiya Qarabağda bərpa işlərində və biznesin təşkil olunmasında iştirakda böyük maraq göstərir.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycana Yaponiyadan 40-a yaxın investor və şirkət gəlib: "Onlar əsasən, kənd təsərrüfatı sahəsinə investisiyalarda maraqlıdır. Yaponiyalı investorların Azərbaycana səfəri mövcud layihələrlə və bu layihələrin reallaşdırıldığı konkret bölgələrlə tanışlığa xidmət edir. Eyni zamanda, bu səfərlər Azərbaycan şirkətləri üçün işgüzar münasibətlər qurmağa imkan yaradır".

O, əlavə edib ki, yaponiyalı sahibkarlar Azərbaycanda tütün, fındıq, meyvə, meyvə suları və mürəbbə istehsalı və ixracı üzrə biznesin qurulmasına maraq göstərir: "Bizim konfederasiyamız yaponiyalı sahibkarlara azad edilmiş ərazilərdə imkanlar, investisiya mühiti və bu sahədə qanunvericilik barədə geniş məlumatlar təqdim edir".