- İntellektual baxış
- 29 Dekabr 2021 11:58
- 10 607
Əmək pensiyalarının gözlənilən orta aylıq məbləği açıqlandı
Bu barədə Himalay Məmişov məlumat verib
“2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edir”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2022-ci il üzrə gözlənilən məbləği də açıqlayıb:
“Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat, 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır”.
O qeyd edib ki, əmək pensiyalarının minimum məbləği bu il 200 manat olub.