İnvestorlar dünya arenasında mövcud vəziyyəti izləməkdə davam edirlər İnvestorlar dünya arenasında mövcud vəziyyəti izləməkdə davam edirlər

Qızıl cüzi bahalaşıb

İnvestorlar dünya arenasında mövcud vəziyyəti izləməkdə davam edirlər

Qızılın qiyməti cüzi artaraq unsiyası 1 790 ABŞ dolları səviyyəsində ticarət olunur.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,12% və ya 2,1 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 789,8 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,8% artaraq 1 unsiyası 20,2 ABŞ dolları təşkil edib.

İnvestorlar dünya arenasında mövcud vəziyyəti izləməkdə davam edirlər.

Qızılın qiymətinə təsir edən digər amil ABŞ dollarının ucuzlaşmasıdır. Belə ki, ABŞ dollarının indeksində 0,2%-lik eniş qeydə alınıb.

Aznews.az