"Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib" "Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib"

Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır

"Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib"

Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı "Report"a təsdiq edib: "Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarlı keçid haqqı ödəyirdiksə, gələn aydan bu rəqəm 5 000 ABŞ dolları olacaq".