- Pullu iş
- 13:13
- 1 617
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 64,9 milyon manat təşkil edib.
AzNews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,9 milyon manat və yaxud 4,3 % çoxdur.
Gömrük daxilolmaları proqnozdan 1,9 % çox icra edilib.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 4 ay ərzində həmin məbləğin 31,3 %-i təmin olunub.