Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 23 %-dən çox azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 64,943 milyon manat təşkil edib.

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,4 % azalaraq 580,292 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 21,1 % artaraq 1 milyard 389,102 milyon manat, aksizlər üzrə daxilolmalar 26,5 % artaraq 80,378 milyon manat, yol vergisi üzrə daxilolmalar isə azalaraq 19,4 % artaraq 15,172 milyon manat olub.