Azərbaycanda yaşayış evləri bahalaşıb – RƏSMİ (CƏDVƏL)

Azərbaycanda bu ilin I rübündə tikinti-quraşdırma işlərində, o cümlədən yerüstü tikililər və yol və körpü tikintisi üzrə istehsalçı qiymət indeksləri 2024-cü ilin IV rübü ilə müqayisədə 100,6 faiz təşkil edib.

Bu barədə AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə ötən ilin IV rübü ilə müqayisədə 2025-ci ilin I rübündə yaşayış evləri üzrə qiymət indeksi 100,5 faizə bərabər olub. 2025-ci ilin I rübü üzrə bu göstərici isə 2024-cü ilin I rübünə nisbətən 101,3 faiz təşkil edib.

Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indekslərini təqdim edirik:

Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri

2025-ci ilin I rübü 2024-cü ilin IV rübünə nisbətən, faizlə

2025-ci ilin I rübü 2024-cü ilin I rübünə nisbətən, faizlə

Yaşayış evləri üzrə qiymət indeksi

100,5

101,3

5 mərtəbəyə qədər yaşayış evləri

100,8

101,6

6 və daha çoxmərtəbəli yaşayış evləri

100,5

101,2

Sosial təyinatlı binalar üzrə qiymət indeksi

100,7

101,3

İnzibati tikililər

100,6

101,9

Ümumtəhsil məktəbləri

100,7

101,2

İstehsal təyinatlı obyektlər üzrə qiymət indeksi

100,8

102,5

Sənaye obyektləri

100,8

102,5

Yol və körpü tikintisi üzrə qiymət indeksi

100,6

102,7

Yol tikintisi

100,6

102,7

Körpü tikintisi

101,0

102,0