"Bir dəfə ailə qurdum, müəyyən səbəblərdən alınmadı. İkinci dəfə ailə qurmaq barədə düşünmürəm. "Bir dəfə ailə qurdum, müəyyən səbəblərdən alınmadı. İkinci dəfə ailə qurmaq barədə düşünmürəm.

"Yaşca özümdən kiçik bəylə..." - Mətanət Əsədova

"Bir dəfə ailə qurdum, müəyyən səbəblərdən alınmadı. İkinci dəfə ailə qurmaq barədə düşünmürəm.

O mövzu mənim üçün bağlanıb. Yaşca özümdən kiçik bəylə isə ümumiyyətlə ailə qurmaram. Çünki həyat yoldaşım özümdən yaşca kiçik idi".
Bu fikirləri müğənni Mətanət Əsədova səsləndirib.

Sənətçi bildirib ki, bundan sonra efirə də çıxmayacaq:

"Bu gün bir efirim var. Ondan sonra efirə çıxmayacağam. Bir də nə zaman efirə çıxacağımı bilmirəm. Sözünü demiş sənətkaram, reklama ehtiyacım yoxdur".

Mətanət Əsədova yaradıcılığı barədə isə bunları deyib:

"Yeni mahnılar üzərində işləyirəm. Bəstəkar mahnıları da var, xalq mahnıları da. Hazırda başım bu işlərə qarışıb". ("Ölkə.Az")

© AzNews.az