- Üçüncü sektor
- 22 Oktyabr 2018 20:51
- 1 477
Nurlan Növrəslinin maşınını soydular - Fotolar
Əməkdar artist Nurlan Növrəslinin başına iş gəlib.
Müğənninin avtomobili qarət olunub.
Ceyhun Hacıbəyli 282 ünvanında 99-KK-622 dövlət nömrə nişanlı “Renault Sandero” markalı maşının şüşəsi sındırılaraq içərisindən “Samsung S8” markalı telefon, pul qabı və təqaüd kartı götürülüb.
Növrəsli artıq Nərimanov rayon polis idarəsinə çağrılaraq ifadə verib. 20-ci polis bölməsinin əməkdaşları oğrunu yaxalayıb.(qafqazinfo.az)
AzNews.az