Bir neçə ay əvvəl boşanan Okan Kurt və Demet Akalın cütlüyündən sevindirici xəbər gəlib. Bir neçə ay əvvəl boşanan Okan Kurt və Demet Akalın cütlüyündən sevindirici xəbər gəlib.

Demet Akalın və Okan Kurt barışıb

Bir neçə ay əvvəl boşanan Okan Kurt və Demet Akalın cütlüyündən sevindirici xəbər gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Okan Kurt və Demet Akalının qızları Hiranın İnstagram profilində video paylaşılıb, valideynlərinin barışdığı bildirilib.

Daha sonra Okan Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə zəng edərək “Mən hələ də Demeti sevirəm. Onun da məni sevdiyinə inanıram. Barışmaq üçün əlimdən gələn hər şeyi edirəm. Türkiyədə rahat görüşə bilmirdik, deyə Parisə gedək, dedik. Sağ olsun, hava limanında şəkilimizi şəkib paylaşıb bəzi dostlar. Bilirəm, bizim yaxşılığımızı istəyirsiniz, amma belə olanda hərşey daha da pis olur. Buna görə də, belə şeylər etməyin”, - deyib.

Qeyd edək ki, Okan Kurt və Demet Akalın 6 illik evliliklərini keçən ay sonlandırıb.

Nigar Cəfər

AzNews.az