"Ancaq paxıllıq, ayaqdan çəkmək..." "Ancaq paxıllıq, ayaqdan çəkmək..."

“Oğlumun sənətini öldürmək istəyirlər” - Aktyor Rəhman Rəhmanov

"Ancaq paxıllıq, ayaqdan çəkmək..."

Əməkdar artist Rəhman Rəhmanov oğlu Emil Rəhmanoğlunun xarici pasportunun olmaması ilə bağlı deyilən ittihamlara cavab verib.

Aktyor AzNews.az-a açıqlamasında bu məsələnin arxasında Emilin düşmənlərinin olduğunu deyib:

“Emil bir aya yaxın İstanbulda qalıb. Xarici pasportu da var, o pasportda onun Türkiyəyə getməsi ilə bağlı möhürü də. Əgər pasport yoxdursa, o, Türkiyəyə necə gedib? Ayıb deyil? Adam bu boyda yalan danışmaz axı... Hətta Emil Türkiyədə olduğu müddətdə oradakı restoranların bəzilərində çıxışları da olub. Bunu bilənlər var.

Bunlar Emili gözü götürməyənlərin işləridir. Emil bir sənətkar kimi çoxlarına mane olur. Ancaq paxıllıq, ayaqdan çəkmək... Bəzi adamlar var ki, belə yollarla onun sənətini öldürmək istəyirlər. İstəyirlər ki, sənətsizlər meydan sulasın”.

Qeyd edək ki, Emil Rəhmanoğlu “O səs Türkiyə” yarışmasından kənarlaşdırılıb. O, bunun səbəbini yarışmanın qaydalarını pozması ilə əlaqələndirib.

Bəzi xəbərlərdə isə Emilin son illər ərzində ölkədən kənara çıxmaması qeyd edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az