Aktrisa Wilma Elles karyerasında bir ilk yaşayıb. Aktrisa Wilma Elles karyerasında bir ilk yaşayıb.

Məşhur aktrisa diri-diri qəbirə girdi - FOTO

Aktrisa Wilma Elles karyerasında bir ilk yaşayıb.

Türkiyənin tanınmış müğənnisi İsmail YK ilə hazırladığı “Welcome to Turkey” mahnısı ilə 2018-ci ilin yayına damğa vuran Mr.Jade yeni mahnısında Niran Ünsalla düet oxuyub.

“Aşk benim neyime” adlı mahnının klipində alman əsilli türk Wilma Elles də rol alıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa çəkilişlərdə qəbirə də girib.

İsmail YK-nın Avropada yaşayan qohumu, iş adamı Mr.Jade iş həyatında imza atdığı proyektlərin ardından ən böyük hobbisini müsiqiyə yönəldib və “Welcome to Turkey” mahnısı ilə musiqi dünyasına iddialı giriş edib.

Mr.Jade 2018-ci ilin yayına damğasını vuran o musiqinin ardından yeni bir mahnı hazırlayıb. Sənətçi söz və musiqisi özünə aid “ Aşk benim neyime” adlı mahnını Niran Ünsalla bir yerdə səsləndirib.

Müğənninin “Aşk benim neyime” mahnısı yanvarın 29-da "Musicom Prodüksiyon"un təşkilatçılığı ilə musiqi marketlərində yerini alacaq.

Bolu-Abantda çəkilən klipdə Elles ssenariyə görə qəbirə girib və aktirisalıq karyerasında bir ilk yaşayıb.

Mr. Jade yayın dinamik mahnısının ardından indi də axıcı bir mahnı ilə sevənlərinin qarşısına çıxır.

Səidə Nurməmmədli

AzNews.az

image description image description image description image description