Qrip infeksiyası olduğu üçün həkimlərim evə buraxmayıb. Qrip infeksiyası olduğu üçün həkimlərim evə buraxmayıb.

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Qrip infeksiyası olduğu üçün həkimlərim evə buraxmayıb.

Türk xalq musiqisinin məşhur simalarından olan 78 yaşlı Bedia Akartürk bu səhər qrip virusu adı ilə Özel Medicana Bursa xəstəxanasına yerləşdirilib.

AzNews.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 2 gün əvvəl halı pisləşən və bu səhər öskürək, soyuqlama səbəbindən xəstəxanaya aparılan Akartürkə qrip virisu diaqnozu qoyulub. Dərman və sistem müalicəsinə başlayan həkimlər Bedia Akartürkü qarantin məqsədi ilə Kulak Burun Boğaz klinikasının servisinə yatırıb.

Önəmli bir şey olmadığını bildirən Akartürk belə deyib: “Sadəcə qripdir. Çox şükür. Allah pis xəstəlikdən qorusun. Ancaq qrip infeksiyası olduğu üçün həkimlərim evə buraxmayıb. Sağ olsunlar, çox yaxşı maraqlanırlar. Hazırda müalicəm davam edir. Həkimlər sabah son vəziyyətə baxacaq və müalicəmə davam edəcək. Sevənlərim qorxub, amma qorxacaq bir şey yoxdur. Allah sağlıq versin. Mən hər zaman hələ xalqımla, dinləyicilərimlə birlikdəyəm”.

Bedia Akartürk sənətçi dostlarının da onu yalnız buraxmadığını bildirərək hər dəqiqə telefonla danışdıqlarını bildirib.

Səidə Nurməmmədli

AzNews.az