Seda Sayan arıqlamaq dərmanı satanlardan şikayət etdi

“İmicim sarsılıb”

Müğənni Seda Sayan intertnetdə arıqlamaq üçün dərman satan şirkəti məhkəməyə verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə şirkətin müğənninin adından və şəkillərindən icazəsiz istifadə etmələri olub.

Seda Sayan “Bu dərmanı istifadə edən bir çox şəxs mənə yazıb, şikayət ediblər. Deyirlər heç bir işə yaramır. Ortada mənim imicim sarsılır, buna görə də şikayət edəcəyəm”, deyib

Müğənni şirkəti İstanbul Cümhuriyyət Baş Prokurorluğuna şikayət edib.

Nigar CƏFƏR
AzNews.az