"Camaat güclə ayırdı bizi..." "Camaat güclə ayırdı bizi..."

“Zahid Sabirabadlının ən böyük arzusu...” - Həmkarından açıqlama

"Camaat güclə ayırdı bizi..."

Dünən mərhum klarnet ifaçısı Zahid Sabirabadlının 40 mərasimi keçirilib.

Klarnet ifaçısı Zahid Qubadlı AzNews.az-a açıqlamasında bildirib ki, mərhumun 40 mərasimindən sonra hələ özünə gələ bilməyib: “Mərasimdə Sadıq Zərbəliyev, Cabbar Musayev, Niyaməddin Musayev və başqa sənətçilər iştirak edirdi. Atası, əmisi məni görüb qucaqlayıb ağladı. Atası hamının içində dedi ki, Zahidin iyini səndən alıram. Camaat güclə ayırdı bizi. Oradan qayıdandan sonra özümə gələ bilmirəm. Onsuz da Zahid öləndən sonra özümə yer tapa bilmirdim. Atasının hönkürtü ilə ağlayıb, mənə sarılması ürəyimi yandırdı. Zahid çox istedadlı idi. Çox arzuları vardı. Ən böyük arzusu, oğlunu bu sənətə gətirmək, onu səhnədə görmək idi. Çox heyif ki, ölüm imkan vermədi”.

Qeyd edək ki, Zahid Sabirabadlı dekabrın 18-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az