"Hər kəsə çox təşəkkürlər". "Hər kəsə çox təşəkkürlər".

Həyat yoldaşını itirən aktrisanın ilk paylaşımı

"Hər kəsə çox təşəkkürlər".

Bir neçə gün öncə Türkiyəli məşhur aktrisa Demet Akbağın həyat yoldaşı Zafer Çika dünyasını dəyişib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisanın həyat yoldaşının ölümünə səbəb avtomobil qəzası olub.
Aktrisa həyat yoldaşının ölümündən sonra ilk dəfə İnstagram profilində şəkil paylaşaraq ona dəstək olan dostlarına təşəkkür edib:

"Acı xəbəri aldığımızdan bəri zəng edən, əlimizi tutan, acımızı paylaşan, bizi tanıyan, tanımayan hər kəsə çox təşəkkürlər".

Paylaşımı görən Fatih Terim, Mahsun Kırmızıgül, Doğa Rutkay, Emre Altuğ, İbrahim Büyükak, Yonca Evcimik, Seray Sever, Hülya Koçyiğit kimi məşhurlar sənətçiyə dəstək olub.

Nigar CƏFƏR

AzNews.az

image description