Bunu rus rejissor və prodüser Aleksandr Belanov deyib. Bunu rus rejissor və prodüser Aleksandr Belanov deyib.

Hollivud ulduzu Putinlə görüşmək istəyir

Bunu rus rejissor və prodüser Aleksandr Belanov deyib.

Amerikalı aktyor Dolf Lundqren Rusiya Prezidenti Vladimir Putinlə görüşünün təşkil edilməsini xahiş edib.

Bunu rus rejissor və prodüser Aleksandr Belanov deyib.

Bundan öncə “Qrifon film” kinokompaniyasının baş direktoru A.Belanov Lundqrenin Böyük Vətən Müharibəsi haqqında filmin çəkilişi üçün Krıma gələcəyini söyləyib. Onun sözlərinə görə, aktyor “Rəşadətə görə mühakimə” adlanan kinotrilogiyanın iki hissəsində çəkilmək təklifini qəbul edib.

D.Lunqren filmdə Kerç gestaposunun rəisi Günther Geldman rolunu oynayacaq.

“Lundqren Vladimir Putinlə görüşünə kömək təşəbbüsü ilə çıxış edib. O, həmçinin, mayın 9-da Qələbə Günü münasibətilə keçiriləcək “Ölümsüz polk” yürüşündə iştirak etmək istəyir”, – deyə Belanov “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, aktyor yürüş zamanı Rusiya Prezidenti və aktyor Vasili Lanovla birlikdə eyni sırada addımlamaq və İkinci dünya müharibəsində həlak olmuş babasının portretini daşımaq istəyir.

İsveç əsilli Hollivud ulduzu 1980-1990-cı illərdə çəkildiyi döyüş filmləri ilə tanınmağa başlayıb. Hazırda 62 yaşı olan aktyora “Universal əsgər” və “Rokki-4” filmi dünya şöhrəti gətirib. Ümumilikdə 50-dən artıq filmdə çəkilən D.Lunqren rejissor kimi də dəfələrlə özünü sınayıb.(teleqraf.com)

AzNews.az