- Şou əhli
- 9 Aprel 2019 11:01
- 894
Sərdar Ortaç yol qaydalarını pozdu - FOTO

Müğənni tələsdiyi üçün maşınını səkidə saxlayıb
Məşhur türk müğənnisi Sərdar Ortaç dünən axşam yeni albomunun mahnılarının səs yazısı üçün İstanbulun Etiler ərazisindəki bir musiqi studiyasında idi.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gecə saatlarında studiyaya girən müğənni tələsdiyi üçün maşınını piyadaların istifadə etdiyi səki üzərində saxlayıb.
Tələskən şəkildə maşından düşən Sərdar Ortaçın yol qaydalarını pozması ətrafdakı insanların mənfi reaksiyasına səbəb olub.
Səidə Vahid
AzNews.az
