Aktrisaya 20 ilədək müddətə həbs cəzası verilə bilər Aktrisaya 20 ilədək müddətə həbs cəzası verilə bilər

Hollivud aktrisası fırıldaqçılığını etiraf etdi

Aktrisaya 20 ilədək müddətə həbs cəzası verilə bilər

Amerikalı aktrisa Felisiti Haffman qızının universitetə daxil olması üçün fırıldaqçılıq etdiyini boynuna alıb.

CNN xəbər verir ki, "Əlacsız evdar qadınlar" (Desperate Housewives) serialındakı rolu ilə məşhurlaşan aktrisa SAT (Akademik Qiymətləndirmə Testi) nəticələrini saxtalaşdırmaq üçün 15 min dollar verdiyini etiraf edib.

İndi ittiham tərəfi onun və işdə əli olan digər 12 nəfər üçün azadlıqdan məhrumetmə cəzası istəyir. Aktrisaya 20 ilədək müddətə həbs cəzası verilə bilər.

Qeyd edək ki, daha əvvəl FTB Hollivud ulduzlarının və zəngin insanların övladlarını rüşvətlə ali məktəblərə düzəldən dəstəni ifşa edib. İş üzrə 50 nəfərin adı hallanır.(report.az)

AzNews.az