10 min də versələr getmərəm 10 min də versələr getmərəm

Hacı ilə evli olan Şəbnəm Tovuzludan qadağa: “İçkili bəylər...”

10 min də versələr getmərəm

Müğənni Şəbnəm Tovuzlu özünə qadağa qoyub.

AzNews.az xəbər verir ki, o, "Hər şey daxil" verilişində kişi məclislərinə getməyəcəyini açıqlayıb:

“Zamanında getmişik, əziyyətlərimiz çox olub. Allaha çox şükür. Özümü tərifləmirəm, amma hər zaman hərəkətlərim yerində olub. Bu gün mənə yaraşmaz. Bəylərə hörmətim var. Amma hansısa 100 bəy əyləşib, yubiley keçirsin, kişi toyu etsin, oraya getməyəcəm. Ehtiyacım olan zamanlar getmişəm. Bu gün həyat yoldaşıma hörmət olaraq kişi məclislərinə getmirəm. Pis çıxmasın, bəylər olan yerdə içki aləmi olur. Niyə yüz bəy bir xanıma baxmalıdır? Toy başqa ənənədir, orada ana-bacı olur. Hər zaman deyirəm ki, sadəcə toya gedə bilərəm. Kişi məclisində işim yoxdu. Ailəli insanam və mənə yaraşmaz. Ora kef əhlidir və 50 kişinin biri özündə olur, biri yox. Başımın üstündə ailəm var və nə məcburdur ki, oraya gedim. 10 min də versələr getmərəm”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu “Hacı” ləqəbli şəxslə ailəlidir. O ailəsini mətbuatdan uzaq tutur. İfaçının ilk nigahından bir qızı, ikinci evliliyindən isə bir oğlu var.

Rəqsanə

AzNews.az