O, komediya janrında olan filmlərə dəvət almamasından söz açıb O, komediya janrında olan filmlərə dəvət almamasından söz açıb

Sevinc Əliyeva gənc aktrisaları tənqid etdi: "Məndən çox qazanırlar"

O, komediya janrında olan filmlərə dəvət almamasından söz açıb

"Komediya filmlərində yaxşı pul var. Amma aktyor üçün yox. Onu çəkən prodakşn qazanır".

AzNews.az-ın məlumatına görə, bu sözləri aktrisa Sevinc Əliyeva "X maqazin"ə açıqlamasında deyib. O, komediya janrında olan filmlərə dəvət almamasından söz açıb:

"Dalan" filmindən yaxşı qonorar almışam. İnanmıram ki, hansısa komediya filmindən mənə o məbləği verərdilər. Bütün filmlərimdə ağlayıram. Rejissorlar məni görən kimi deyir ki, ağla".

Sevinc gənc aktrisaları da tənqid edib:

"Məndən də çox qazanan, öndə olan var. Başqalarına baxanda demirəm, kiminsə işini əlindən almışam. Amma məni qısqanırlar.

İndi çoxları məşhur olmaq üçün bu sənətə gəliblər. Tədbir olanda özləri gedirlər ki, şəkil çəkdirsinlər. Siz işinizlə tanının. "Instagram"da şəkil paylaşıb tanınanların ömrü 5-10 gündür".

Aynur

AzNews.az