Səkkiz ildir ki, peşəkar modelliklə məşğul oluram Səkkiz ildir ki, peşəkar modelliklə məşğul oluram

Özbəkistan prezidentinin qızının paltarlarını nümayiş etdirən azərbaycanlı model - FOTO

Səkkiz ildir ki, peşəkar modelliklə məşğul oluram

Özbəkistanda fəaliyyət göstərən azərbaycanlı model Klara Hidirova AzNews.az saytına müsahibə verib.

- Klara xanım, Azərbaycana tez-tez gəlirsiniz?

- İlk dəfədir ki, vətənimə gəlirəm. Özbəkistanda yaşayıram. Yarı azərbaycanlı, yarı rusam. Atam azərbaycanlıdır. Səkkiz ildən çoxdur ki, model kimi fəaliyyət göstərirəm. Özbəkistanla yanaşı Moskvada, Türkiyədə, İtaliyada da işləmişəm. Dövlət və beynəlxalq dəfilələrində iştirak edirəm. Özbəkistan prezidentinin qızının paltarlarını nümayiş etdirirəm. Özümü ulduz kimi qəbul edirəm. Eləcə də orada “Samsung” markasının simasıyam.

- Model kimi hansı müsabiqələrdə birincilik əldə etmisiniz?

- “Model of the world Uzbekistan” moda müsabiqəsində iştirak etdim və birinci yerə layiq görüldüm. Eləcə də İstanbulda “Model of the world” müsabiqəsinə qatılmışam.

- Azərbaycanda necə fəaliyyət göstərmək fikriniz varmı?

- Əlbəttə ki, Azərbaycanda da fəaliyyət göstərmək istəyirəm. Mən çox xoşbəxtəm ki, öz vətənimə gəlmişəm. Burada işləməyə çox şad olaram. Hazırda "Miss & Mister Azerbaijan - 2019" gözəllik müsabiqəsinə qatılmışam. Müsabiqənin final mərhələsi sentyabrın əvvəlində baş tutacaq.

- Xarici ölkələrdə modellər serial və filmlərə çəkilirlər. Siz necə Azərbaycandan film təklifi alsanız qəbul edərsiniz?

- Kino sahəsi ilə maraqlanıram.

- Azərbaycanlı modellərdən kimləri tanıyırsınız?

- Azərbaycanlı modellərlə ilk dəfə Moskvada tanış oldum. Rusiyada moda həftəsi keçirilirdi və orada peşəkar modellər iştirak edirdilər. Amma adlarını xatırlamıram. Bakıya gəldikdən sonra da bir çox modellərlə tanış oldum.

Rəqsanə

AzNews.az