Bu materialı öz bədənimə görə formalaşdırdım Bu materialı öz bədənimə görə formalaşdırdım

Adriana Limanı təqlid etmədim - Hadisə

Bu materialı öz bədənimə görə formalaşdırdım

Türkiyəli müğənni Hadisə Adriana Limanın Almaniyada Victoria's Secret moda sərgisində keçən həftə geyindiyi səhnə geyimindən danışıb.

AzNews.az xəbər verir ki, Hadisə dünən axşam Kıbrısın "Concorde Oteli"ndə səhnəyə çıxıb.

Müğənni ''Bu paltar mənim öz dizaynımdı demədim. Adriana Limanın da geyimini öz adıma çıxartmadım. Bu materialı öz bədənimə görə formalaşdırdım və onu Swarovski daşlarla bəzədim'' deyib.

Hadisə Hande Yenerlə barışma xəbəri haqda da söz açıb:

"Onunla küsülü deyildik, sadəcə inciklik var idi. Qadın sənətkar olaraq böyük komandalarla işləyirik. İnanıram ki, hamımız müvəffəqiyətliyik və bütün qadın sənətçilərin arxasındayam".

Gül Qədirli

AzNews.az

image description