Nyu-Yorkda yaşayan aparıcı fotoya öz düşüncələrini qeyd edib Nyu-Yorkda yaşayan aparıcı fotoya öz düşüncələrini qeyd edib

Azərbaycanlı aparıcı çimərlik geyimində fotolarını paylaşdı - FOTO

Nyu-Yorkda yaşayan aparıcı fotoya öz düşüncələrini qeyd edib

Azərbaycanlı aparıcı Günel Hümbətova çimərlik geyimində çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb.

AzNews.az xəbər verir ki, Nyu-Yorkda yaşayan aparıcı fotoya öz düşüncələrini qeyd edib.

"Hər bir millətin, dinin, sosial qrupun öz həqiqətləri var. Və bugünkü günədək əsrlərlə davam edən həmin həqiqətlərin ardıyca gedir insanlar. Azadlıq məncə heç bir qrupun təsiri altında olmadan fərdi həqiqətlərinlə yaşamaqdır. Sadəcə yaşadığın dövrün qanunlarının haşıyəsinə çıxmadan. O zaman insan daxilindəki günahkarlıq, qorxu və utanclıq hissindən azad olur.

Həqiqət.. Hərdən başımızı sındırırıq əsl həqiqətlərin nədən ibarət olduğunu tapmaq üçün. Bircə ümumi həqiqət var. O da, bir gün hamımız öləcəyik, vəssalam. Çünki, sənin həqiqətin başqasının həqiqətiylə uzlaşmır. Bir sosial qrup uçun tabu olan şey başqa sosial qrupa görə normaldır. Nyu-York buna görə unikaldır. Burada hər bir millətin nümayəndəsinə rast gəlmək olar. Hər kəs öz dəyərləri, öz inancları ilə bir damın altında bir-birlərini qınamadan və mühakimə etmədən yaşayırlar. Bəs siz hansı həqiqətlərlə yaşayırsız?

Aynur

AzNews.az

image description image description image description