Manaf Ağayev: Arvada dedim, bəlkə nəsə bir iş görək, ataq ortalığa - VİDEO

Arvadla bayquş kimi qalmışdıq

Müğənni Manaf Ağayev APA TV-də yayımlanan "Gecə söhbəti" verilişinin qonağı olub.

AzNews.az xəbər verir ki, müğənni maraqlı açıqlamalar verib. O bildirib ki, valideynlər övladlarını evləndirdikdən sonra onların ayrı yaşamalarına razı olmalıdırlar:

"Mən hər zaman demişəm, ailə içində ailə olmaz. Oğlumun toyunu edib ayrı evə çıxardıq. Yoldaşımla çox pis olmuşduq. Sanki oğlumu ərə verirdim. Evə gəldik, gördük evdə adam azalıb. Arvadla bayquş kimi qalmışdıq. Hətta zarafat da elədim ki, bəlkə nəsə bir iş görək, gətirək ataq ortaya".

Aparıcı Tahirə isə müğənniyə "gecələr rahat durmaq da istəmirsiz" cavabını verib.

Aynur

AzNews.az