"İzmirin mərkəzində hücuma məruz qaldıq" "İzmirin mərkəzində hücuma məruz qaldıq"

Aktyor və komandası hücuma məruz qaldı

"İzmirin mərkəzində hücuma məruz qaldıq"

“Bir Baba Hamlet” tamaşası üçün İzmirə gedən aktyor Şevket Çoruh və komandasına hücum olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şevket Çoruh yaşadığı hadisəni “Twitter” sosial media hesabında paylaşıb:

"İzmirin mərkəzində hücuma məruz qaldıq...İyirmiyə yaxın əli bıçaqlı insan tərəfindən...Canımızı qurtardıq... İndilik..."

Kantar polis mərkəzinə gedən Şevket Çoruh hadisənin səbəbini bu sözlərlə izah edib:
"Küçə heyvanlarını əzmək istəyən bir dəstəyə müdaxilə etdiyimiz üçün bizi linç etmək istədilər”.

Səidə Vahid
AzNews.az

image description