Mən qazandıqlarımı özüm qazandım Mən qazandıqlarımı özüm qazandım

Xoşqədəmin Londonda oxuyan oğlu ilə heç yerdə görmədiyiniz FOTOsu

Mən qazandıqlarımı özüm qazandım

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı böyük oğlu Zaurla birlikdə çəkilmiş fotosunu sosial media hesabında paylaşıb.

AzNews.az xəbər verir ki, aparıcı paylaşdığı arxiv fotosunda Zaurun 2 yaşlı olduğunu bildirib.

"1999-cu il. Uğurlarımı çətinliklə əldə etdim. Bu, mənim ilk ofisimin görüntüləridir. Bu otaqda qəzetin arxivi, mənim ilk mükafatım, sənədlərim və iki yaşlı qəzet üzərində yatan Zaurum var. Bütün çətinlikləri, əzabları, edilən pislikləri və ən nəhayət qələbələri, uğurları mənimlə birlikdə keçdi biricik Zaurum. İki yaşında artıq anasının çətinliklərini gördü. Bax belə əzizlərim, mən qazandıqlarımı özüm qazandım. Tək başına, savaşaraq, Allaha sığınaraq".

Qeyd edək ki, Zaur Londonda təhsil alır.

Aynur

AzNews.az

image description